Menu

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb

30.01.2019, 18:24
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

"Report"a AZƏRTAC-a istinadən xəbər verir ki, fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.

Şərhlər

Məğrur Bədəlsoy, Qarabağ əlili 2019-01-30 18:24:10

Yəqin Qarabağ əlilləri də unudulmaz. Müqayisə üçün deyək ki, Qarabağ əlili ortalıq 150 manat təqaüd alır, bu da Milli Qəhrəmanların bu təqaüdündən 10 dəfə, şəhid ailələrinin təqaüdündən isə 2 dəfə azdır. Qanunvericiliyin tələblərinə görə, əlillər barədə ayrı-seçkilik qadağandır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol