Menu

Türkiyə səfirliyini atəşə tutan şəxs erməni imiş - Yenilənib

18.08.2014, 12:41
Türkiyə səfirliyini atəşə tutan şəxs erməni imiş - Yenilənib

Moskvada ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutan şəxs erməniymiş.

APA-nın “Moskovskiy Komsomolets”-ə istinadən verdiyi məlumata görə, “Dobriy Les” şirkətinin baş direktoru, 43 yaşlı Artur Mirzoyanın hədəfi Türkiyənin gerbi olub.

Onun açdığı hər iki atəş hədəfə dəyib.

A. Mirzoyan hadisəni törədəndən sonra qaçıb gizlənmək istəsə də, polis tərəfindən dərhal saxlanılıb.

O, hadisənin motivlərini hələlik açıqlamayıb.

Lakin polis güman edir ki, insidentin səbəbi son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən sonra daha da qızışan, əsrlər boyudur, erməni və türk millətləri arasında davam edən ədavətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol