Menu

ABŞ-da anomal şaxtalar: ölənlər var, minlərlə aviareys ləğv olunur...

02.02.2019, 00:18
ABŞ-da anomal şaxtalar: ölənlər var, minlərlə aviareys ləğv olunur...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) ölkəni bürümüş anomal şaxtalar səbəbilə, azı 6 nəfər həlak olub.

«USAToday»-ın verdiyi xəbərə görə, iki nəfər Miçiqan ştatında həlak olub - bir kişinin cəsədi qonşu evin yaxınlığında tapılıb, daha bir kişi cəsədi isə küçədə aşkarlanıb.

Miluoki ştatında isə öz qarajında donmuş kişinin meyiti tapılıb.

Bundan başqa, buzlamış yolda baş verən qəzalarda da ölənlər var. Çikaqoda bir kişini qartəmizləyən maşın vurub öldürüb, İndiana ştatında isə qarlı yolda avtombili digər avtomobillə toqquşan ailə cütlüyü həlak olub.

Uçuşa yararlı olmayan hava şəraiti ilə bağlı ABŞ-da minlərlə aviareys ləğv olunub, Çikaqoda isə bir neçə şəhərətrafı dəmir yolu xətti bağlanıb.

Ölkənin 6 ştatında fövqəladə vəziyyət elan olunub. Çikaqoda 30 dərəcə şaxta gözlənilir. Küləklə birlikdə belə hava şəraiti 50 dərəcə şaxta kimi hiss olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol