Menu

İranda maye karbohidrogen yataqlarının həcmi açıqlanıb

04.02.2019, 20:52
İranda maye karbohidrogen yataqlarının həcmi açıqlanıb

İran yataqlarındakı maye karbohidrogenlərin həcmi 160,12 milyard barel, təbii qazın həcmi isə 33,33 trilyon kubmetrdir.

“Report” “Shana”ya istinadən xəbər verir ki, bu barədə İran Dövlət Neft Şirkətinin məlumatında bildirilir.

“Bununla da İran dünyanın ən iri xam neft, kondensat və qaz ehtiyatına malik ölkələrindən biridir. 1979-cu ildən etibarən ölkədə 65 neft və qaz yatağı, bu yaxınlarda isə yüngül və azkükürdlü neft yatağı kəşf edilib", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol