Menu

“Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən hekayə yazsın” - Siyavuş Novruzov

05.02.2019, 13:02
“Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən hekayə yazsın” - Siyavuş Novruzov

"Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin”.

"AzPolitika"nın məlumatına görə, bu fikirləri Unikal.org-a müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə göprə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə alan qəzetlər dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazmalıdır.

"Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”.

"Hansısa nazir, yaxud nazirliyin fəaliyyətində problem olanda necə” sualına deputat "Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir” deyə cavab verib.

S.Novruzov sosial şəbəkələrdən də danışıb:

"Sosial şəbəkələri bağlamayaq, amma elə bir yol seçməliyik ki, hər şey qaydasında olsun. Birincisi, o insanlar başa düşməlidirlər ki, başqasını təhqir eləmək olmaz. Milli Məclisdə onun babası yaşında adam var, bəzilərinin müəllimi, bəzilərinin həkimi Milli Məclisdə təmsil olunur. Bu cür məqamlara diqqət eləmək lazımdır. Kimdənsə xoşun gəlmirsə, ümumilikdə təhqirə keçmək olmaz axı. Konkret mənimlə söhbəti varsa, mənimlə davasın aparsın, bütövlükdə Milli Məclisi niyə təhqirə məruz qoyur? Özü də müxtəlif adlar altında gizlənilər. Keçmişdə buna "donos” deyirdilər. İndi də bu adamlar sosial şəbəkələrdə "donos” yazırlar”.

S.Novruzov insanların bugünkü dolanışıq səviyyəsi ilə bağlı sualı belə cavab verib:

"Hər bir şəxsin özünün dolanışıq mexanizmi olmalıdır. Rokfeller bir cür dolanır, mən başqa cür dolanıram, o biri də başqa cür... Təbii ki, hamı çalışır ki, yaxşı yaşasın. Dövlətin də vəzifəsi odur ki, hər bir vətəndaşa layiqli həyat şəraiti yaratsın. Amma başqa məqamlar da nəzərə alınmalıdır. Biri ömrü boyu ağır sənayedə işləyib, o biri hardasa yüngül işdə çalışıbmış əlini ağdan-qaraya vurmayıb. Sonda biri o biridən az təqaüd alır. Buna görə də dövləti suçlamaq doğru deyil. Yəni, məsələnin başqa tərəfləri də var.

Təbii ki, yalnız təqaüdlə yaşamaq çətindir. Hərdən xariclə müqayisə aparırlar. Orda insan işləyir pulunu yığır, pensiya yaşında da götürüb səyahətə çıxır. Bizdə isə insanlar bütün gücünü, qazancını uşağına, ailəsinə sərf edir. Yəni, investisiyanı ailəsinə qoyur ki, sonra da ona baxsınlar. Xaricdə isə uşağın 16-17 yaşı olan kimi, valideyn onları həyata buraxır. Bax, belə fərqli məsələlər var. Təbii ki, mən istəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın, amma gərək reallıqdan uzaq olmayaq da".

Şərhlər

RASİM ÇAVADOV 2019-02-05 13:02:40

SİYAVUS NOVRUZOV YAXŞI BİLİR, BU GÜN MİLLƏTİN ƏN BOYÜK PROBLEMLƏRİNDƏN BİRİ DƏ QANUNLA QORUNAN HUQUQLARININ TAPDANMASIDIR. MƏN ÇAVADOV RASİM ÇAVAD OĞLU ƏFQANISTAN MÜHARİBƏ İŞTİRAKCISI, ƏLİL ADAM ABSERON RAYONU 26 MƏHƏLƏ, EV 6, MƏNZİL 26 YAŞAYAN Bİ VƏTƏNDAŞ MÜLKİYƏTİMDƏ OLAN DÖVLƏT QEYDİYATİNA ALINMIŞ XİRDALANDAKI OBYEKTİMİN İHB TƏRƏFİNDƏN DAĞİDILMASI BARƏDƏ RESPUBLİKANIN AİDİYATI ORQAN RƏHBƏRLRİ İLƏ YANAŞI SİYAVUŞA DƏFƏLƏRLƏ MÜRAÇİƏT ETSƏMDƏ HEC BİR FAYDASINI GÖRMƏDİM. İNDİ HANSI QANUNDAN DANISIRSAN HƏ?

t.ədalət 2019-02-05 13:02:40

"Alətə çevrilmiş jurnalistlər" haqqında bu qədər alçaldıcı fikirlər söylənilməmişdi.Yəni,"biz sizə ev və pul verdik ki,bizə işləyəsiniz".Doğrudan da ağır ittihamdır!Bu ittihamı qəbul etmək çətindir. Əzilmiş insan da əzik kağız kimidir.Ayaqyolunda istifadə olunur.

vızz 2019-02-05 13:02:40

Ey cənabi deputat. Cənab Akademik (bir azdan inşallah olarsan). Mətbuata ona görə pul ayırırsınız ki, toyda bəy tərifi kimi, Yapizmi tərifləyib, Ataloqsuz olmadığını yazsınlar.....

miri 2019-02-05 13:02:40

Kiminsə "dədəsindən, babasından hekayə yazan" və ya kimə isə "eşq, tərif" yazan KİV lərin bağlanması yaxşı haldır. Amma davam etmək LAZIM dir. Başqa dillərdə olan xarici siyasət,mədəniyyət, uşaq, tarix yönümlü KİV lərdən başqa hamsına maliyyəni kəsmək LAZIMdir.

zakir 2019-02-05 13:02:40

duz deyir de... bir cox qazetler ancaq seviyyesiz hekayeler- serler derc envekle mesqul idi. hele adelet qazetinde bit mezahir var. isi -gucu icra bascisini polis reisini prokuroru teriflemek idi.525-ci qazet ise ancaq elcinin- anarin fikret qocanin eserlerini derc etmekle meaqul idi. yeni azerbaycan-ses qazetlerine ise baxanda adamin qusmaqi gelir

oxucu 2019-02-05 13:02:40

Biz bilirik , mətbuata maliyyə yardımı ona görə edirsiniz ki, rauf
arifoğlu kimi tamadalıq etsinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol