Menu

Teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə 2 milyon manat ayrılıb

05.02.2019, 18:58
Teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Şərhlər

Tamaşaçı 2019-02-05 18:58:53

Hamıy bəllidir ki,Azərbaycanda teleradio yayımı bərbad vəziyyətdədir.Səviyyəsiz,zəif proqramları xaricə yayımlamaq doğru detyil.Bu ölkənin imicinə ciddi zərbə vurur.Öncə proqramları sivil,
səviyyəli vəziyyətə gətirmək vacibdir.Yalnız bundan sonra onlara xaricə çıxışa icazə vermək olar.İndiki vəziyyətdə xaricə transliyasiya ölkənin adına xələl gətirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol