Menu

Ermənilər üç rayonumuzu atəşə tutdu

19.08.2014, 09:22
Ermənilər üç rayonumuzu atəşə tutdu

Ermənistan ordusunun hərbi birləşmələri cəbhə xəttində növbəti dəfə atəşkəsi pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol