Menu

“Ötən il 860 vəzifəli şəxsə töhmət verilib” - PA-nın şöbə müdiri

08.02.2019, 10:00
“Ötən il 860 vəzifəli şəxsə töhmət verilib” - PA-nın şöbə müdiri

“Ötən il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub”.

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

Şöbə müdiri bildirib ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyən vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb: “Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib”.

Şərhlər

EJDER 2019-02-08 10:00:28

HA HA HA ,BRAVO...ANALOQU OLMAYAN INKIWAFIMIZIN COOOOX BOYUK NALIYYETIDI...XEBERDALIQI ,TOHMETI,BARMAQ SILKELEMEYI BIR AZ COX ELEYIN...HA HA HA ...BIR DE HANI SIYAHI,WEXSEN GORUM KIMIN COX XEBERDARLIQI VAR...HACIBALADA NECE DENEDI...

S.Ənvərqızı 2019-02-08 10:00:28

Hörmətli Süleyman müəllim,uzun müddətdir ki,məmur özbaşnalığı nəticəsində ailəm əzab içində yaşayır.Bununla əlaqədar PA-na saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir,məktublara nəzarət sistemi olmadığından, ünvanıma başdansovdu,qanunsuz,süründürməçiliyə yol açan,təhrif olunmuş cavab verilməklə vətəndaşı dövlətdən narazı salırlar?Vətəndaşın şikayətinə baxmayan məmurlar haqqında ciddi tədbir görülsə,qanunun gücündən kəçinərlər və vətəndaşa xid.ed

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol