Menu

Azərbaycanda daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib

08.02.2019, 10:20
Azərbaycanda daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib.

“Report” xəbər verir ki, bunlar Bərdə rayonundakı “Fim-Finans”, Salyan rayonundakı “Firavan” və Xaçmaz rayonundakı “Şans” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol