Menu

Rusiyalı terrorçu Türkiyədə həbs olundu

10.02.2019, 08:24
Rusiyalı terrorçu Türkiyədə həbs olundu

İnterpolun qırmızı bülletenlə axtarışa verdiyi Rusiya vətəndaşı, terrorçuluqda şübhəli bilinən şəxs Türkiyədə həbs olunub.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, türk polisi həmin şəxsi Kayseridə işlədiyini müəyyən edərək saxlayıb.

Qeyd olunur ki, İnterpolun Avropa şöbəsi adı açıqlanmayan şübhəlini Rusiyada silahlı terror təşkilatına üzv olmaq, qanunsuz silah və hərbi ləvazimat saxlamaq iddiası ilə axtarışa vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol