Menu

Bakıda NATO təlim kurslarına start verildi 

19.08.2014, 17:03
Bakıda NATO təlim kurslarına start verildi 

Kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO–nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğular"la mübarizə mövzusunda təlimə başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı ilə yadda qalıb.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşa müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol