Menu

İranda cinsiyyətin dəyişilməsi ilə bağlı STATİSTİKA

14.02.2019, 12:28
İranda cinsiyyətin dəyişilməsi ilə bağlı STATİSTİKA

İranda ötən 10 il ərzində 5-6 min nəfər cinsiyyətini dəyişib.

Trend-in məlumatına görə, bunu İranın Şərq qəzetinə açıqlama verən İran Cinsi problemlərdən əziyyət çəkən xəstələrə dəstək Cəmiyyətinin sədri Fərşid Məsudi deyib.

Məsudinin sözlərinə görə, dünya statistikalarında da fərqli rəqəmlər var.

O əlavə edib ki, İranın 80 milyonluq əhalisini nəzərə aldıqda, ölkədə 24 min transseksualın olduğunu təxmin etmək olar.

Qeyd edək ki, 1981-ci ildə İranın ali dini lideri Ayətulla Xomeyni cinsiyyətin dəyişilməsi ilə cərrahiyyə əməliyyatı haqda fitva verib.

2012-ci ildə təsdiqlənən Ailəyə Dəstək qanununa əsasən İranda cinsiyyəti dəyişmək üçün Ailə Məhkəməsinə müraciət edilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol