“2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihəmin həyata keçirilməsinə başladım. Təhsil layihəmin maliyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi”.
“AzPolitika.info”nun məlumatına görə, tanınmış təhsil eksperti Kamran Əsədov həyata keçirməkdə olduğu lisey layihəsinə Təhsil Nazirliyindən lisenziya alınması zamanı üzləşdiyi çətinliklərə həsr etdiyi “Facebook” yazısında bunları yazıb. Ekspert deyir ki, 2 il ərzində lisey üçün bina, infrastruktur tam şəkildə Nazirlər Kabinetinin məktəblərin tikintisi ilə bağlı 171 saylı qərarının bütün tələblərinə uyğun olaraq hazırlanıb. Bundan sonra liseya lisenziya almaq məsələsi gündəmə gəlib.

“Ardınca lisenziya almaq prosesinə başladım. Amma eləcə başladım. Çünki liseyin nizamnaməsinə rəy vermək üçün müraciət etdiyim Təhsil Nazirliyi nizamnaməyə rəy vermir. Özü də nə az, nə çox, 5 aydır ki, get-gələ salır və hər müraciətə də əsassız imtina yazır. Maraqlısı və gülünc tərəfi odur ki, onlara təqdim etdiyim nizamnamə mənim müraciətimdən 10 gün əvvəl lisenziya verilmiş liseyin nizamnaməsidir. Yəni sadəcə olaraq orda liseyin və təsisçinin adı dəyişib. Necə olur, onlar həmən nizamnaməni təqdim edəndə təstiq edirlər, amma eyni, onların 10 gün əvvəl təstiq etdiyi nizamnaməni mən təqdim edəndə imtina edirlər?”
K.Əsədov iddia edir ki, Təhsil Nazirliyi süründürməçiliklə məşğuldur: “Hər müraciətə 30 iş günündə, yəni azı 45 gün ərzində baxırlar. Sonuncu rəylərində 3 bəndin dəyişdirilməsini bildiriblər. Məndə o 3 qeydi dəyişib yenidən müraciət etmişəm. Yeni müraciətin üstündən 10 gün keçib, maraqlanıram, deyirlər ki, sizin müraciətinizin icra müddəti 27 martda başa çatır. Axı mən yeni sənəd təqdim etməmişəm, eyni nizamnamədir və siz ona əvvəl 45 günə baxmısız, indi həmən 3 dəyişikliyə baxın, rəyi verin gedək işimizlə məşğul olaq! Yoxsa bu şəxsi qərəz nədir? Liseylə bağlı nazirliyin bir çox rəhbər şəxsləri ilə görüşmüşəm, danışmışam. Amma gördüyüm odur ki, onlar məsələyə şəxsi zəmində baxırlar, onlar təhsilin inkişafında, məktəb açılmasında maraqlı deyillər.
21 iyun 2018-ci ildə elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov dedi: "Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar". Hörmətli Əli müəllim, mən ölkəyə sərmayə cəlb edib sizin dediyinizi etmişəm, amma indi məmurların təsiri, müdaxiləsi ilə bunu tamamlaya bilmirəm”.

“Açılan hər bir məktəb, hər bir lisey təhsilin inkişafı üçün əhəmiyyətlidir. Amma belə başa düşürəm ki, Təhsil Nazirliyi məktəbin yox, restoranın açılmasında maraqlıdır. Yoxsa hətta nazirliyin rəhbərliyi səviyyəsində bilinən məsələm 5 aydır süni şəkildə uzaldılmazdı”, - K.Əsədov əlavə edib.
V.Nəsibov
AzPolitika.info

Şərhlər
İnsan normal təhsil aldıqda gördükləeinə qiymət verə bilir.öz təklifini verə bilir.hər hansı qanunsuzluq və özbaşınalığı anlayabilir və rəyini söyləyir.Ancaq indiki vəziyyətdə yuxarı toplanmış bir sıra bisavad qohum, quda və dostlar bu diskomfort yarada biləcəyindən ölkədə təhsil qəsdən bu hala salınıb. Bunlara özlərindən başqa savadlı,dünyagörünüşlü,
qanunsuzluq və özbaşınalıqla barışmayan gənclər sərf etmir.Ona görə təhsil bu günə salınıb.Bunlara özləri kimi küt insanlar sərf edir.
Özəl təhsilə üstülük vermək lazımdır. Çünkü məktəblərdə təhsil bərbad vəziyəttdədir, anarxiyadır. Oxumaq istəyənlər repetitor hesabınadır. Şəhərlərdə məktəblər var ki, neçə illərdi direktorsuzdur. Bəhanə edirlər ki, "Layiqli" rəhbər tapılmır.
İndi yüksək təhsil almışlar iş tapmır, "xaricidə təhsilə dövlət dəstəyi proqramı" dayandırılıb, yerli universitetlərə pulsuz təhsilə düşmək müşkül olub, yüksək təhsil və tərbiyə verən liseylər bağlanıb... Bu qədər *görülən işlər" dən sonra Sizdə lisey açmaq niyə axliniza gəldi? "Dənizin şor olduğuna əmin olmaq üçün bütün dənizin dadına baxmaq" niyə LAZIM ?
Ay Kamran muellim ay qardaw sen ele bil isvecrede yawayirsaneee. Sen bir anliq ozunu vetende hiss et ve meseleye "azerbaycansayagi" yanaw,vseee liseye 3 iw gunu erzinde rey alacaqsan. Sosial webekeden adama rey vermirler
Əgər nazir özəl,yəni kommersiya məzmunlu məktəblərin yaranmasına mane olursa,deməli,düzgün mövqeydədir.Bəsdirin, özəl məktəblərlə millətin gələcəyini pul kisəsi üzərində qurmaq yetər!Əhalinin ehtiyaclarını ödəməyə pulunun olmadığı bir vaxta ,vaxtı ilə fetonun getdiyi yolu davam etdirmək,bu biznes sahəsini təhsilə pərçimləmək nəyə gərəkdir?Dövlət məktəblərində də təhsili lazımi səviyyədə qurmaq olar.