Menu

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

19.02.2019, 12:24
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Ötən ay Azərbaycan Gürcüstandan 1 081 ədəd avtomobil idxal edib.

“Report”un yerlu bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İdxal olunmuş avtomobillərin ümumi dəyəri 9 mln. 888,9 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 679 ədəd və ya 2,6 dəfə çoxdur.

Ötən ilin yanvar ayında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 7 mln. 399,4 min dollar olan 402 ədəd avtomobil idxal edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol