Menu

Radio diktoru qəfil vəfat etdi - AzTV-dən açıqlama

19.02.2019, 21:04
Radio diktoru qəfil vəfat etdi - AzTV-dən açıqlama

Azərbaycan Radiosunun diktoru Sevinc Babazadə qəfil dünyasını dəyişib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Yenicag.az-a açıqlamasında aparıcının ürək xəstəliyindən dünyasını dəyişdiyini bildirib:

“Sevinc Babazadə ürək xəstəliyindən vəfat edib. Özü də qəfildən. Ailəsindən iş yerinə zəng edib, ölüm xəbərini dedilər. Dünən dəfn olunub, sabah 3 mərasimidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol