Menu

Marşrut avtobusu binaya çırpılıb - Yaralananlar var (FOTO)

21.02.2019, 18:00
Marşrut avtobusu binaya çırpılıb - Yaralananlar var (FOTO)

Sumqayıtda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə 16-cı məhəllə ərazisində baş verib.

Belə ki, 30 nömrəli marşrut üzrə hərəkət edən avtobus binaya çırpılıb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol