Menu

Tramp və Ərdoğan ABŞ ordusunun Suriyadan çıxarılmasını müzakirə edib

22.02.2019, 22:37
Tramp və Ərdoğan ABŞ ordusunun Suriyadan çıxarılmasını müzakirə edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan və Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp telefon danışığı aparıblar.

Söhbətin gedişində Suriyadakı vəziyyət və ABŞ ordusunun bu ölkədən çıxarılması məsələləri müzakirə olunub. Bu barədə xəbəri Türkiyə prezidentinin administrasiyası yayıb.

Ərdoğan həm də Türkiyənin strateji həmkarı olaraq, ABŞ-la sıx əməkdaşlığa can atdıqların təsdiqləyib.

Bundan başqa, liderlər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi təsdiqləyiblər. Tramp və Ərdoğanın fikrincə, Türkiyə ilə ABŞ arasında əmtəə dövriyyəsi 75 milyard dollara çatdırılmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol