Menu

Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

23.02.2019, 17:50
Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 24 fevral saat 22:00-dan 25 fevral səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.

Sürücülərdən vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.

Şərhlər

EJDER 2019-02-23 17:50:35

ESAS FORMULADI,HA HA HA...MEHDUDLAWDIRIN GETSIN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol