Menu

"Şimali Koreya hədsiz iqtisadi imkanlara malikdir" - Donald Tramp

27.02.2019, 17:37
"Şimali Koreya hədsiz iqtisadi imkanlara malikdir" - Donald Tramp

"Şimali Koreya hədsiz iqtisadi imkanlara malik ölkədir".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hanoy şəhərində sayca ikinci ABŞ - Şimali Koreya zirvə görüşündə deyən ABŞ Prezidenti Donald Tramp Kim Çen Inı “böyük lider” deyə səciyyələndirib.

“ABŞ Şimali Koreyaya iqtisadi potensialını gerçəkləşdirməkdə kömək edəcək”, - deyən ABŞ lideri görüşün uğurlu keçəcəyinə də ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və Şimali Koreyanın dövlət başçılarının birinci görüşü ötən ilin iyun ayında Sinqapurda keçirilmişdi.

Şərhlər

Türk 2019-02-27 17:37:25

Bəs ABŞ deyirdi ki,Şimali Koreya acından ölür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol