Menu

Əfv Komissiyasının iclası çağırıldı

28.02.2019, 12:35
Əfv Komissiyasının iclası çağırıldı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün növbəti iclası keçiriləcək.

Komissiyadan Modern.az-a verilən məlumata görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Qeyd edilib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Ümumilikdə Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilib.

Xatırladaq ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Bu il Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən humanist addımların davamı olaraq, növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Şərhlər

seymur 2019-02-28 12:35:11

Hami Prezidentin ətrafinda birleshin belke o qurtara bu xesteleri ..sehiyye naziri 70 yashli oqtay shireliyevden

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol