“Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: Görünən dağa nə bələdçi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı söyləyib:
“Azərbaycanımız çox gözəlləşib, çox böyük inkişaf var. Biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük. Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar.
Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər. Mən onlara indi rayon deyə bilmərəm, mən onlara şəhər deyərəm. Mən bu qədər ölkə gəzmişəm, inanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz.
Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır. Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq.
Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır.
Mehriban xanım, Sizə, mənim əziz Prezidentim, Sizə cansağlığı arzulayıram. Bəlkə də mən natiq deyiləm. Mən 70 ildir səhnədəyəm, indiyədək fonoqramla oxumamışam, səslərini verirlər. Hətta Amerikada qollarımdan tutub deyiblər ki, görəsən, bu, canlı oxuyur, yoxsa fonoqram? Ömrüm nə qədər var, mən canlı oxuyacağam və fonoqram görməyəcəyəm. Yəni, bunu da demək istəyirəm. Danışmağa çox sözüm var. Əlbəttə, muğam olsa, mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub çıxarmasanız səhnədən. Ancaq inanın, ürəyimdə Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən. Sağ olun”.

Şərhlər
Sag ol Zeynab xanim dediklerin sozlere gore Qarabag ishgaldan azad edilib, qiz-gelinlerimiz girovluqdan Neyi demedinizs Senin yaltaqligina eshq olsun Utanmasin oynsamaga ne var ki Olke talanir her sahe berbad gunde Millet acindan qirilir Polis reisleri xalqi tehqir edirler Sen bunlari deme Deputat ol-SUS
Zeynəb həqiqəti rəhbərliyə çatdırmağın qarşısını almağa çalışır, ona görə ki,məmurlar özləri üçün çalışırlar və bir-birlərinin nöqsalarını örtbasıdr edərək sosial narazılıqları artırırlar ? Zeynəbin yüksək əmək haqqısı,yüksək pensiyası, milyonları və gündəlik pul gətirən obyektləri və belə bir adam xalqı fikirləşərmi ? Cənab Prezidentim, xalq Sizi sevir, məmurlar Sizi xalqa yaxınlaşmağa imkan verməyirlər,çünki onlar dövlətin milyonlarını mənimsəmək istəyirlər və buna görə vətəndaşın şikayətinə baxmayırlar ?
Azpolitika mənim yazdiqlarimi necə var elədə
Yazin yoxsa mənim nifrətim olacaq sizədə zeynəb heydər əliyevin vaxtinda qaıxib indidə ilham əliyevin adamidi qadindi qadinlar pulu cox sevir indidə ona fərqi yoxdur kim kimdidir zeynəb xalqin ğuya artisdidir zeynəb zeynəb olsaydi qardaşini həpsxanaya salmazdi
Bir insan ki nune-nune oxuyub ona görə ona erməni xalq artist adı vərilsin buna söz yetərmi ya? İndi düşün bu belə olmasa necəillərdir ki efirdədir bu təsadüf olurmu? Yaxud Abşeronun rayspolkomu vardı rəhmətlik Qəşəm Aslanov bəyəm bının güdazına gedib zilin altina salinmadımı? Yoxsa İran şaının qonağı,ya da Hindistanda və ya Misir, Yəmən və sair şərq ölkələrindən gətirdiyi küllü miqdarda ləl-çavahiriyat tək onamı çatirdı? İndidə Bakının Yasamal rayonu ərazisində 10 yaxın yüksək mərtəbəli binaya sahib dəyil?
boyunu yere soxum, zeyneb.
Fərhad bəyə əhsən. Yəqin ki, dəvəti hazırlayanlar əvvəldən biılsə idilər ki, Fərhad müəllim belə danışacaq, onu da Rasim müəllim kimi siyahı dışı edərdilər. Qaldı Zeynəb xanıma, bu yaşa çatıb hələ də ona çatmayıb ki, bütün sahələrdə məhz həqiqətlər açar zəfər yollarını.
BUNDAN OYANASİ YOXDUR,BU ADAM 90 CI ILLERIN AZADLIQ MEYDANINDA KECAN MITINQILERIN BIRINDE DEYIRDI KI,AY MILLET AZERBAYCANI MUTELLIMOVDAN BASHQA IDARE ELIYE BILEN BASHQA BIR KISHI YOXDUR.HEYATINDA BOYUK SENETKAR ADINI QAZANSADA DA OZUNU AKTYOR KIMI APARDI VE O CUMLEDEN XALQIN YADDASHINDA DA BU SENETKAR KIMI YOX ...
Миллэтим,не стоит завидоват богатству зейнэва,она приобрела его такой ценой,которого нам не по карману,-она пожертвовало ради него своим покоем,....Это слишком дорого--сделка принесла бы тебе,мой народ--лищ убыток,
olende rehmetle anlmaq her insana qismet olmur...
zeynebin sozunde bir heqiqet odurmi onun ne vecine coruxuda toyuxuda yumurtayir ama vaxt var idi ostrovskide qapidan payira cixa bilmirdi Allah Elekber Taxiyeve rehmet elesin Ayaz niyazovici cehbe yixanda Zeyneb meydanda bele bir mesay verdi ki wardasima gore men birde sehnede cetin oduyum bu tarixdi axi
zeyneb oxuya oxuya oxuya geldi ....
Zeynəb sənin üzünün xalqdan xəbərin varmı, onlar bir tikə çörəyə möhtacdırlar.Sənin bulvarın yanındakı mülkün qiymətinə bir rayon əhalisini saxlamaq olar. Ona görə ...
Vallahi cox iyrendim.....Hec vaxt itirib fikir soylemeye deymir.Bu savad ve dushunce ile nece parlamentde oturur bu insanlar....
Zeynəb Xanlarovanın əli ilə hakimiyyət çox adamları vurdu. Onun bu millətə etdiyi ən son "yaxşılıq" Azərbaycanın musiqi fondundan Flora xanımın fonda olan mahnılarını ləğv etməsi oldu. Zeynəb xanım o vaxt Gəncəyə (əvvəlki Kirovobad) konsertə gəlmişdi. Onun həyat yoldaşını (KGQ-yə təzə düzəldilmiş) orda döydülər və o da (Z.X.) o adamları hamısını turtdurdu. Zeynəblər belə işlərin hesabına zeynəb olublar.
Zeyneb Xanlarova düz deyib. Prezidentle görüşe gelibler, ancaq şexsi xahişler edirler. Medeniyyete aid cümle yoxdur.
Məddahliq ele zeyneb xanim. Sen o vaxti 18 oktyabr 1991 de musteqillik aktinin elehine ses vermisdin. O zamanda o dovrun hakimiyuetine bu cur məddahliq edirdin.ne vaxsata siyasi tebeddulat bas verse yeqin ondada bu sozleri basqalarina deyecen
tırifə qulaq asmayın cənablar,tərifləyən hər kəs xain xislət olur
düz deyirsən. Sənin milyonların var. Sənin ac millət heç vecinə də deyil. Siz deyidinizmi gərək ki siz idiniz dediniz ki Ayaz prezident olmasa oxumuyacam. Oxudunuz da hələ,deputat da təyin olundunuz.
Z.Xanlarova ,İzah edin görək bu qədər şəhidlərimizin qanı üzərindən addımlayıb ermənilərə əlinizi yenədəmi uzatmaq niyətindəsiniz?Nə vaxt xəyanətə yox deyəcəksiniz?
UWAQ PULUNUN KESILMESINDE SIZINDE EMEYINIZ VAR...OQLUNUZA IW VERILIB KI,SIZ XAHIW ETMIRSINIZ...MEQAMDI ,SOSIAL MESELELERINIZI HELL EDIN.QARABAQ HEC YADA DUWMUR,COCUQ MERCANLIDAN DANIWIN.HEC KIM ,HEC KIMIN KITABINI OXUMUR DEYEN SIZ DEYILDINIZ...HIYYYY.WIRAKO WAQAYET AZEBIJAN,YEQIN YADINIZDADIR...QARDAW OLUB .HAYISTAN ,AZEBIJAN.HA HA HA
-----------
Cəsarətlə yaltaqlanmağı da bacarmaq lazımdır..zeynəb ömrü boyu qazandığı hörməti çox ucuz xərcləyir.
Zeynəb xanım duz deyir,ancaq tərifləmək lazımdır.Nəyi isə xahiş etmək olmaz,mədəniyyət və təhsillə əlaqədar heç nəyi xahiş etməyin,gözəllikləri tərifləyin.Dogrudan da nəyə lazımdır, başqa sözlər.Tərifləmək ən gözəl adətimizdir.