Menu

YAP-da ümumrespublika müşavirəsi keçirilib - FOTO

02.03.2019, 13:20
YAP-da ümumrespublika müşavirəsi keçirilib  - FOTO

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərərgahında partiyanın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, müşavirədə YAP rəhbərliyi, deputatlar, yerli təşkilatların sədrləri və fəallar iştirak ediblər.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu il Azərbaycan tarixində əhəmiyyətli il olacaq və bir sıra sahələrdə irəliləyişlərin əldə edilməsi ilə yadda qalacaq: "İqtisadi sahədə islahatlar aparılır və bu davam edəcək. Aparılan islahatlar öz bəhrəsini verir və bu, sosial sferaya öz təsirini göstərir. Bu ilin başlanğıcından sosial xarakterli vacib sərəncamlar, fərmanlar imzalanıb və insanların sosial həyatlarının yaxşılaşdırılması əsas hədəf kimi seçilib. Əmək haqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildən alqışlanan addım idi".

O qeyd edib ki, Azərbaycan dövləti həyata keçirdiyi işlərin mərkəzində insanların həyatının yaxşılaşırılması durur: "Sosial proqramların genişləndirilməsi Prezident İlham Əliyevin iqtisadi sahədə apardığı islahatların öz bəhrəsini verdiyini göstərir. Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımların olmasına şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sferada həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq".

Ə.Əhmədov vurğulayıb ki, xalq sosial siyasəti aydın şəkildə görməlidir: "Bilməlidir ki, dövlətin siyasətinin mərkəzində hər zaman xalqın rifahı dayanır. Dərin islahatlar dövlətin qüdrətini artırmaq məqsədinə yönəlməklə yanaşı, əhalinin sosial baxımdan rahat yaşamalarına şərait yaradır".

Müşavirə daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Şərhlər

Adil 2019-03-02 13:20:04

Mən YAP-ı yaradanlardan, uzun müddət onun rəhbər vəzifələrində ləyaqətlə, şərəfimlə çalışanlardan biriyəm.Təəccüblü gəlsə də, bu belə idi.Artıq 13 ilə yaxındır mən və ailəm, övladlarım "iqtidarımızın" bizə verdiyi cəhənnəm əzabından cana doymuşuq.Bir ailənin 4 ali təhsilli üzvünün demək olar hamısı işsizdir.Övladım bir tikə cərək xətrinə qürbət ölkələrə üz tutmalı oldu.Mənə bunu edən əqidə yoldaşlarım bu xalqa necə dogru xidmət edər.Yaxınlarda YAP-dan və vətəndaşlıqdan imtina etməyi düşünürəm..İzləyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol