«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın vitse-prezidenti Delsi Rodriges bəyan edib ki, ölkəsi özünün əsas nef şirkətinin baş ofisini Moskvaya köçürür.
Rodrigesin sözlərinə görə, köçürmə «Rosneft»lə əməkdaşlığın genişləndirilməsi planına uyğun olaraq həyata keçirilir.
Bu ərəfədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Venesueladakı vəziyyəti müzakirə edib. Şura üzvləri səs çoxluğu ilə Rusiyanın təklif etdiyi qətnamə layihəsini rədd edib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) təklif etdiyi layihəni də Rustya və Çin bloklayıb.
Venesuelanın gələcəyi dumanlı görünür və hələ də məlum deyil ki, tərəflərdən hansı qalib gələcək. Xarici mətbuat bu barədə materiallar dərc etməkdədir.


Şərhlər