«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistanın Baş naziri Narendra Modi bazar günü Hindistanda Rusiya Federasiyası ilə birgə «Kalaşnikov» avtomatının istehsal prosesinə start verəcək.
«RP» informasiya agentliyinin şənbə günü verdiyi xəbərə görə, istehsal Korva şəhərində «Korwa Ordnance Factory» silah fabrikində başlanacaq (Uttar-Pradeş ştatı).
Hindistanda «Kalaşnikov» avtomatlarının istehsalına 2019-u ildə başlana biləcəyi barədə dekabrın ortalarında Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin xəbər vermişdi.
Yerli KİV-in məlumatına görə, söhbət AK-203 avtomatlarından gedir. Bu silah Hindistan istehsalı olan və hərbçilərin narazılıq etdiyi «İNSAS» tüfənglərini əvəzləyəcək.
Bundan əvvəl, Hindistan ordusu dəfələrlə müasir avtomat silahlara ehtiyacı olduğunu bəyan edib. Gələcəkdə bu silahların müxtəlif hərbləşdirilmiş birliklərin silahlandırılmasına yönəldiləcəyi nəzərdə tutulur.


Şərhlər