«AzPolitika.info» Türkiyə KİV-nə istinadla xəbər verir ki, qardaş ölkə S-400 sistemlərindən əlavə, Rusiyadan S-500 zenit-raket sistemləri də ala bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan qeyd edib ki, S-400 sistemlərinin tədarükü barədə müqavilə «həll olunmuş işdir» və Ankara istənilən halda ondan imtina etməyəcək. O, həm də ABŞ-dan tələb edib ki, «ticarət məhdudiyyətləri vasitəsilə Türkiyəyə təzyiq göstərməyə cəhd eməsin». Onun sözlərinə görə, Türkiyə buna simmetrik cavab verməyə hazırdır.
Bundan əvvəl, ABŞ bəyan edib ki, Ankara tərəfindən S-400 sistemlərinin alınması ABŞ və Türkiyə arasında mövcud silah-sursat sazişini təhlükə altına ala bilər.
Bu ərəfədə, ABŞ prezidenti Donald Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib.


Şərhlər
A qadan alım urus ayısı!! Biryolluq S-1000 al canın qurtarsın!