Menu

Şimali Koreyada gündəlik «qida payı» 300 qrama endirilib - Qıtlıq səbəbilə...

10.03.2019, 19:30
Şimali Koreyada gündəlik «qida payı» 300 qrama endirilib - Qıtlıq səbəbilə...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) adambaşına gündəlik «ərzaq payı» 576 qramdan 300 qrama endirilib. Səbəb kimi rekort həddə qədər pis məhsuldarlıq önə çəkilir - deyə, «Deutsche Welthungerhilfe» xəbər verir. Bu qeyri-hökumət təşkilatı Şimali Koreya əhalisinə humanitar yardım göstərən yeganə müəssisədir.

«DW»-nin yazdığına görə, «qida pay»ı qarğıdalıdan, kartofdan və dənli bitkilərdən ibarətdir. Ərzaq məhdudiyyəti qadınlara, uşaqlara və qocalara şamil olunmur. Ehtiyacı olanlar əlavə qidanı bazarlardan ala bilərlər.

«Deutsche Welthungerhilfe»-də qeyd ediblər ki, KXDR-da məhsuldarlığın aşağı düşməsinə o cumlədən, beynəlxalq sanksiyalar səbəb olub - sanksiyalar ölkəyə kənd təsərrüfatı texnikasının, ərzaq xammalının və kübrələrin idxalını mümkünsüz edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol