Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.
Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.
Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.
Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.


Şərhlər
Hörmətli baş nazir görəsən nəyin hesabatını verəcək.Dam örtuklərinin ustunu də cənab prezidentimizin fərman və sərəncamları ilə təmir olunursa,meşədə yabanı bitən giləmeyvələrin yıgılmasını da qadagan edən qərarı da hörmətli prezidentimiz tərəfindən ləgv olunursa, ta nəyin hesabatını verəcək.Zatən,deputatlar da bundan bir şey soruşmazlar.