Gənc müğənni Sura dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb. ANS PRESS-in məlumatına görə, mərhum özünü asaraq intihar edib. Yaxınları Suranın niyə intihar etməsini bilmədiklərini söyləyirlər.
Əməkdar artist Tünzalə Ağayeva gənc müğənninin ölümü barədə Facebook səhifəsində yazıb: "Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın getdin, Sura... Nakam yaşda getdin balam .... Səninle hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq... Ya Rəbbim! Suramın qəbrini nurla doldur , rehmet elə Ya Rəbb, saf - məsum balamızın axirətini gözəl elə, məkanını cənnət elə! Faciəvi şəkildə dünyasını deyişən Suranın ailesinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın!! Amin
Murad Arif Suranın ölüm xəbərini səhifəsində bu ifadələrlə bölüşüb: "Gənc müğənnimiz Sura dünyasını dəyişdi... Aman Allah...Gəncəcik qız... İlk klipini bir az öncə Tünzalə Ağayeva ilə təqdim etmişdi. Sura bu gün rəhmətə getdi... Qovuşdun ona, Sura... Qəbrin nurla dolsun..."



Şərhlər