Ucar polis rəsinin müavini şikayətçidən bağışlanmağını istəyib

Daxili İşlər Nazirliyinin əməkdaşları Ucarda polis özbaşınalığı ilə üzləşən Göyçay rayon sakini Səbuhi Quliyev və həyat yoldaşından izahat alıblar.

Bu barədə ANS PRESS-ə Səbuhi Quliyev özü məlumat verib.

Şikayətçinin sözlərinə görə, bu gün DİN əməkdaşları onlardan Göyçay rayon Polis İdarəsində izahat alıblar: "İnanıram ki, DİN əməkdaşları şikayətimi vicdanla araşdıracaqlar və Səbuhi İsmayılov barədə müvafiq tədbir görəcəklər".

Göyçay sakini Ucar polis rəsinin müavinini özünə qaynının başına açılan oyunla bağlı və həyat yoldaşına edilən nəlayiq təkliflə bağlı hüquq mühafizə orqanlarına yenidən şikayət etmək istədiyini bildirdi: "Rəis müavini deyir ki, mən ona şər böhtan atıram. Əgər dediyim böhtandırsa, dünən axşam Səbuhi İsmayilov 0504710010 mobil telefon nömrəsindən mənə zəng edərək onu bağışlamağımı istədi. Sübut olaraq "Azercell"dən zənglərin siyahısı çıxarılarq təsdiq oluna bilər".

Şikayətçi Ucar Polis Şöbəsində ona protokol yazıldığı barədə DİN əməkdaşlarından məlumat aldığı dedi: "30 manat cərimə olunmağım barədə protokolu yaşadığım ünvana göndərildiyini dedilər. Bu barədə protokol oxuyandan sonra danışacağam. Ancaq bizə polis şöbəsində heç bir prokol yazılmamışdı...".