Menu

Tanınmamış Abxaziyada prezident seçkisinin "qalibi" məlum oldu

25.08.2014, 09:29
Tanınmamış Abxaziyada prezident seçkisinin "qalibi" məlum oldu

[caption id="attachment_49894" align="alignleft" width="300"] Raul Khajimba[/caption]

Raul Khadzhimba-nın tanınmamış Abxaziya respublikasında prezident seçkisini birinci raundda qazandığı bildirilir.

Məlumatı ITAR-TASS Mərkəzi Seçki Komissiyasına əsasən yayıb. Bazar günü keçirilmiş seçkidə bütün bülletenlər sayılıb.

Khadzhimba səslərin 50.57 faizini qazanıb. O, 2004-cü ildən bəri 3 dəfə prezidentliyə namizədliyini verib.

Onun əsas rəqibi, Asslan Bjania 35.91 faiz səs qazanıb. Mirab Kishmariya 6.4 faizlə üçüncü, Leonid Dzapshba 3.4 faizlə dördüncü yerdədir.

Seçicilərin 60 faizi səsverməyə gedib.

Namizədlərin dördü də Rusiya ilə yaxın tərəfdaşlıq tərəfdarıdır. Rusiya Abxaziyaya maliyyə yardımı göstərir və burada 4 min əsgər yerləşdirib.

Əvvəlki prezident Aleksandr Ankvab bu ilin iyununda istefa verməyə məcbur edilib.

Gürcüstan seçkini «qanunsuz» adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol