Menu

“AĞIL ÖYRƏNMƏK İSTƏSƏYDİ, 15 İL ƏVVƏL MƏNİ DİNLƏYƏRDİ...” – Əli Nağıyev Əli İnsanova

18.03.2019, 14:08
“AĞIL ÖYRƏNMƏK İSTƏSƏYDİ, 15 İL ƏVVƏL MƏNİ DİNLƏYƏRDİ...”  – Əli Nağıyev Əli İnsanova

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Prezident İlham Əliyevin əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun iqtidara meydan oxuyan fikirlərinə sərt reaksiya verib.

Əli Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Əli İnsanovun sözügedən fikirlərinin hamısı səhvdir:

"Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi müəyyən fikirlərin hamısı səhvdir. Ona demək istəyirəm ki, ağrıdan doğan emosiya ilə müsbət nəticə əldə etmək mümkün deyil. Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox! Ona görə də mən hesab edirəm ki, onun dediyi fikirlərin hamısı səhvdir".

Şərhlər

sual 2019-03-18 14:08:39

Əli Nağıyev sağdır ki qaddan alım? Ə bu ... hacan bir ağıllı cıxıb ki kimədə ağıl öyrətsin? Ən axıllı saydıqları Eynuladır ki onun da başına Ayaz Mütəllibovu dəstəkldiyi ücün Ploşad Fontanda butulka vurub olan ağlini da başından apardılar. İndi bu nə deyir ya?

cutcu 2019-03-18 14:08:39

hürmetler be saygilar.

İkisinə də aiddir 2019-03-18 14:08:39

SƏMƏD VURĞUN.
Müxənnət


"Səssiz!" - deyib başqasını sıxardın,
Özün evdə lap cıdıra çıxardın,
Min das atıb asiyanlar yıxardın.
Yaman getdi... getdi "sefn", müxənnət,
Din, necədir indi kefın, müxənnət?

Yalanları qılınc kimi yağladın,
Ürəkləri, ciyərləri dağladın,
Evlər yıxıb, hey qapılar bağladın.
Yaman getdi... getdi "sefm", müxənnət,
Din, necədir indi kefin, müxənnət?

P.S 2019-03-18 14:08:39

Qurdlar vadisininin suleyman cakiridi ki eli insanov

Asif 2019-03-18 14:08:39

Əli Nagıyev hələ də nəyə isə ümid edir və məqam düşən kimi belə yaltaqlanmaqla özünü yada salmaga çalışır.Amma əbəs yerə 5-10 adam yanında az çox qalan hörmətini də zay edir.Çünki H.Əliyevdən sonra dərhal o özü də başda olmaqla YAP-ı yaradanların hamısını siyasi səhnədən atdılar ki,onlarin indiki zamanda "biz belə deməmişdik axı" kimi cırnamaları ehtimalı ola bilərdi.Öna görə də köhnə yapçılarda hələ salamat qalanlar varsa S.Təbrizlinin taleyinə baxıb şükür etsinlər.Ə.İnsanov isə onlara REVANŞ ümidi verəcək

Dr.AGAOGLU 2019-03-18 14:08:39

BIR ÖLÜLƏR VƏ BİR DƏ DƏLİLƏR FİKRİNİ DƏYİŞMİR

Mirzə AĞ 2019-03-18 14:08:39

Ayə, bu Əli Nağıyev lap ağıl dəryasıymış ki!!!
Nazir olanda əlillərə "sizi müharibəyə mən gödərmişdim?" - deyirdi...

yusif qafanli 2019-03-18 14:08:39

eli naqiyev ne etdir ne de baliq kime islediyi bilinmir. eli insnova az ilis

EJDER 2019-03-18 14:08:39

BELE CIXIR,15 IL BUNDAN QABAQ EBES YERE TORBASINI TIKIB,YATIZDIRIBLAR...HA HA HA ...IKINCI DEFE ONU WERLEDILER,SINDIRA BILMEDILER.MEHMANA O PRIYEMU TETBIQ ETMEK ISTEDILER,HA HA HA ...XALQ AYILDI VE BU ANALOQU OLMAYAN HAKIMIYYETI....HA HA HA....LUKAWENKO CANI...ANALOQU OLMAYAN INKIWAF QABAQDADI...HA HA HA GORMEMIWLERIN HAY HUYU...HA HA HA

Mehdi 2019-03-18 14:08:39

Bu xalq bir azada gozlesin.Qiracaqlar bir birlerini.

azeri 2019-03-18 14:08:39

Elbette ki,taladin,yigdin altina,indi [osh gocalig kecirirstn,agil oredirsen.Yaltaglig peshendir.

Müfəttiş 2019-03-18 14:08:39

Kişini haqqsız yerə, ahıl yaşlarında 14 il yatızdırırlar, sonra da deyirlər artıq-əskik danışsan səndən küsərik....

Yengibar 2019-03-18 14:08:39

Əli Nağıyev ağıllı, ziyalı adamdır. Əli İnsanov isə... həbs olunana qədər indiki məmurlardan fərqli birisi deyildi, Dövləti özəlləşdirmiş YAP-çılardan biri kimi, ambisiyalı, kobud, kifayət qədər korrupsiyaya qurşanmış nazir, bu günkü uğursuzluqların müəlliflərindən biri idi.Nə bəyanatlarının, nə də özünün bu xalqa bir qəpiklik xeyir verəcəyinə inanmıram.Allah köməyi olsun, ailəsi, nəvələri ilə xoşbəxt ömür sürsün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol