Menu

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

20.03.2019, 23:54
Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 43 yaşlı yerli sakin Asif İsmayılov şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol