Menu

Azərbaycanda belə bərbad məktəb var - Təhsil Nazirliyinə ittihamlar + FOTO

21.03.2019, 14:25
Azərbaycanda belə bərbad məktəb var - Təhsil Nazirliyinə ittihamlar + FOTO

Təhsil eksperti Kamran Əsədov Neftçala rayonunda yerləşən uçub-tökülmüş orta məktəbin fotosunu paylaşıb və oranı Suriyaya bənzədib.

BakuPost xəbər verir ki, cəmiyyətimizə minlərlə ziyalı bəxş edən həmin orta məktəbin təmir edilməməsi üçün Təhsil Nazirliyini qınayıb: "Yox, bu Suriya deyil. Bura Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbidir. Mənim məzunu olduğum, minlərlə yüksək səviyyədə şagird hazırlayan və ötən il olimpiada qalibi yetişdirən məktəb. O qonaqlıqlara, media turlara sərf etdiyiniz, ödədiyiniz pulun bir qismini versəz, bu məktəbi yüksək səviyyədə təmir etmək olar.

Qonaqlıq təşkil edib hesab ödəmək fəaliyyət deyil, o pula belə məktəbləri təmir etmək fəaliyyətdir”.

Şərhlər

Məlahət Mürşüdlü 2019-03-21 14:25:01

Tovuz rayonunun Aşağıquşçu kəndindəki üç məktəb bu gündədir, Kamran müəllim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol