Menu

Andiçmə mərasimi deputatlar üçün gözlənilməz olub

19.10.2013, 17:21
Andiçmə mərasimi deputatlar üçün gözlənilməz olub

Konstitusiya Məhkəməsinin 9 oktyabr seçkisinin nəticələrinə dair yekun protokolu imzalamasından dərhal sonra prezidentin andiçmə mərasiminin təşkilinə dair bəzi təfərrüatlar məlum olub. Bu barədə musavat.com əməkdaşına Milli Məclis üzvlərindən biri xəbər verib.

Məlum olub ki, inauqurasiya mərasimindən parlament üzvlərinin tam ətsəriyyətinin xəbəri olmayıb, bu barədə yalnız sədarəti məlumatı olub. Bu barədə danışan deputat bildirib ki, bu səhər onları sübh tezdən parlamentə çağırıblar və heç bir əəlavə izahat, məlumat verməyiblər. Hətta iki-bir, üç-bir parlamentin plenar iclaslarının keçirildiyi zala daxil olan deputatlar öz aralarında "görəsən, inauqurasiya mərasimi nə vaxt olacaq" deyə bir-birinə sual verir, andiçmə mərasiminin güman ki, gələn həftə olacağını ehtimal edirmişlər. Ancaq deputatlar birdən-birə İlham Əliyevi qarşılarında görəndə əslində inauqurasiya mərasiminə dəvət olunduqlarını anlayıblar.(Musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol