Menu

Yanğınla əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

26.03.2019, 10:14
Yanğınla əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hazırda Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol