Millət vəkili Adil Əliyev 26 mart tarixində, Bakının Nizami rayonu ərazisində, yanan "Diqlas” Ticarət Mərkəzinin səhmdarı kimi böyük qardaşı Məhərrəm Əliyevin adının hallanmasına münasibət bildirib.
"AzPolitika" xəbər verir ki, A.Əliyev Məhərrəm Əliyevin "Diqlas” və ümumiyyətlə heç bir ticarət obyektilə əlaqəsinin olmadığını bildirib.
"O ki, qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı "Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur", - deyən Adil Əliyev əlavə edib ki, hər kəsin obyekti, istər "Diqlas”, istərsə də "Ramal”, sahiblərinin sağlığına qismət olsun.
"Bizim qürurumuz, namusumuz, şərəfimizdi. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır".
"AzPolitika.info"


Şərhlər
Atəm-gərdəşüm, Yapon İmperatorları (Z.H.) nəinki saytları, bütün media orqanlarını söyüş alətinə çoxdan çeviriblər.
Dədənizin pulu deyil ki, yanasınız! Millətin puludur da sovurun getsin!! P.S. "Norveç Təqaüd Fondun"nda pul zibil kimidr. Kefinizi çəkin!!!
Saytları söyüş yerinə çevirmək yaxşı deyil.Kimin kimləsə söz-söhbəti varsa,getsin öz aralarında çozsün.Yoxsa,saytları "bulaq başına" çevirib ürəklərini boşaltmasınlar.Əlbəttə,söyüş söyüş gətirir.Odur ki,söyüşdən uzaq durmaq lazımdır.