Menu

Prezident Lənkəranda yol tikintisi üçün 2,9 milyon manat ayırıb

27.03.2019, 16:09
Prezident Lənkəranda yol tikintisi üçün 2,9 milyon manat ayırıb

Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

mühəndis 2019-03-27 16:09:13

Prezident yol tikintisinə ayırdığı pulların talei ilə niyə maraqlanmır?Axı o vəsaitlərin çox hissəsi işə qoyulmadığı Bakı-Şamaxı,Bakı-Quba yol tikintilərində sübut olundu.Yollar dağılır,keyfiyyət yoxdur və layihəyə riayət edilməyib.Rayon yolları isə ondan betər.Yalnız açılış zamanı gözəlgörünür.Heç biri istismar müddəinə dözmür.Bu vəsaitləri əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəltməniz daha səmərəli olmazdımı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol