Menu

Yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta şirkətinə müraciət edib

27.03.2019, 16:20
Yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta şirkətinə müraciət edib

Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta ödənişi üçün "Azsığorta" ASC-yə müraciət edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Bununla belə, hazırda ticarət mərkəzinə giriş məhdudlaşdırıldığı üçün sığorta şirkətinə məxsus qəza komissarları sığorta hadisələri ilə bağlı araşdırma apara bilmirlər.

“Diqlas”ın özü isə “Azsığorta” tərəfindən sığortalanmayıb", - deyə şirkətdən qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol