Menu

Ölkə Avropa İttifaqına daxil olmağı planlaşdırmır - Belarus XİN

29.03.2019, 20:53
Ölkə Avropa İttifaqına daxil olmağı planlaşdırmır  - Belarus XİN

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarusun Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, bu ölkə hələlik Avropa İttifaqına (Aİ) daxil olmağı planlaşdırmır.

Bu barədə cümə axşamı Belarus Respublikasının (BR) xarici işlər nazirinin müavini Oleq Kravçenko «Müasir dünyada suverenliyin yenidən dərk olunması» mövzusunda keçirilən seminarda bildirib.

«Avroittifaq bizə qonşu kimi baxmalıdır - Aİ-yə daxil olmaq istəyən ölkə kimi yox. Hələlik bizim belə istəyimiz yoxdur» - Kravçenko bəyan edib. O, həm də qeyd edib ki, Belarus suveren ölkə olaraq qalmağa köklənib.

2016-cı ildə Aİ Belarusun üzərindən bütün sanksiyaları götürüb. Onlardan ilki hələ 2004-cü ildə ölkədə insan haqlarının əsas normalarının pozulmasına görə tətbiq olunmuşdu. Ancaq hətta sanksiyaların götürülməsindən sonra da Avroittifaq bu məsələlərdə narahatlıq keçirdiyini bildirsə də, rəsmi Minsk tərəfindən son illər atılan addımları və Belarusun bölgədə konstruktiv rolunu bəyənir.

Şərhlər

t.ədalət 2019-03-29 20:53:56

Belarus elə Rusiya deməkdir.Lukaşenkonun gərəksiz jestləri getdikcə asılı bir dövlət başçısının ixtiyarsız çırpıntılarına bənzəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol