Birləşmiş Ştatlar bildirir ki, Osama bin Laden-in kürəkəni həyatının qalan hissəsini həbsxanada keçirməlidir.
O, terrorçuluqda ittiham olunur. Avqustun 25-də təqdim olunan sənədlərdə Nyu York müstəntiqləri bildirir ki, Sulaiman Abu Ghaith-ə ömürlük cəza bütün gələcək terrorçulara mühüm mesaj olardı.
Abu Ghaith-ə martda, 2001-ci il 11 sentyabr terrorunda Al-Qaidə sözçüsü kimi roluna görə ittiham irəli sürülüb. İttihamlara amerikalıları öldürmək və Al-Qaidəyə dəstək daxildir. Küveytdə doğulmuş 48 yaşlı Abu Ghaith bin Ladenin böyük qızı ilə evlidir.
O, 2011-ci ildən bəri ABŞ-da mühakimə olunmuş ən yüksək rütbəli Al-Qaidə rəsmisidir. Ona hökm sentyabrın 23-də oxunacaq. (azadliq.org)


Şərhlər