Menu

DEPUTATLARIN VAŞİNQTONDAN SENSASİYALI BƏYANATI -  "Məmurlarımız sovet ənənəsindən imtina etməlidirlər"

30.03.2019, 14:34
DEPUTATLARIN VAŞİNQTONDAN SENSASİYALI BƏYANATI -  "Məmurlarımız sovet ənənəsindən imtina etməlidirlər"

 

Azərbaycan parlamentinin hakimiyyət düşərgəsindən olan üç deputatı bu həftə “hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək” təmin etmək üçün Vaşinqtona səfər ediblər. “Azərtac” və “Turan”ın Vaşinqton müxbirləri xəbər verir ki, Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Və İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.

“Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”-Səməd Seyidov ötən gün martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.

“Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik” adlı tədbir Vaşinqtonda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun İpək Yolunu araşdırma Proqramı tərəfindən təşkil olunmuşdu. Tədbirin iştirakçıları arasında Avrasiya yəhudilərinə dəstək üzrə Milli koalisiyadan olan Bella Qoldşteyn və Lesli Vays da yer alırdı.

“Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”-Səmədov əlavə edib. O, Azərbaycanda “daha böyük islahatlar” vəd edib. Lakin o hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.

Tədbirin təşkilatçılarının sözlərinə görə Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.

Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün “islahatçılar” lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. “Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır”-Mollazadə deyib.

Mollazadə və Seyidov AİPAC-ın illik siyasi konfransında da çıxış ediblər. “Turan”ın Vaşinqtondakı müxbirinə məlum olub ki, ola bilsin deputatların səfəri xarici işlər naziri Elmar Məmmədyarovu ABŞ-a rəsmi səfərini hazırlamaq məqsədi daşıyır.

Şərhlər

Azər 2019-03-30 14:34:13

Talançılar ölkəni bərbad hala salıblar......Talançılıq və soyğunçuluğun,əhalinin maddi durumunun getdikcə pisləşməsi, məmurlaınn mal varlığı bunu əyani sübut etməkdədir.Ən pisi isə belə hallara göz yumulmasıdır.

Ayzek 2019-03-30 14:34:13

DEDİYİNİZ İSLAHATLARI DAVAM ETDİRMƏK ÜÇÜN İLK NÖVBƏDƏ VƏZİFƏDƏ OLAN KEÇMİŞ KOMMUNİSTLƏR MƏCBURİ İSTEFAYA GÖNDƏRİLMƏLİDİRLƏR...

махмудов елман 2019-03-30 14:34:13

26 ildirbas na edirsiniz

kamil 2019-03-30 14:34:13

Adam nə dusmusuz qapilara.Yalvarirsiniz.Sakitce cekilin kenara....

Elşad Əliyev 2019-03-30 14:34:13

Sovet məmurlarına nə olmuşdu ki? Müraciət edəni qəbul edir, camaatla bir yerdə yaşayır, xeyrə, şərə çıxır, dəbdəli yaşamır, uşaqları kasıblarla bir baxçaya, məktəbə gedir, ali məktəblərdə bir yerdə oxuyur, əsgərliklərini çəkir, büdcənin pulunu dədəsinin pulu kimi istədiyi yerə sərf eləmir və s. və i.a. Bir sözlə Allah deyildilər.Şikayət edənlərdən qorxurdular. İndikiləp sovet məmurlarının ən pisinin ayaq tozu ola bilməzlər. Haqqı deyəndə nə olar ki?

Koroğlu 2019-03-30 14:34:13

Bu hakimiyyətdə təmsil olunan ruspərəst -rüşvətxor dairələrin qabaqdangəlmişlik taktikasıdır. Öz aramızdır, ramiz mehdiyev, elmar məmmədyarov, əli əhmədov və digər ruspərəst məmurlardan modern, demokratik düşüncəni tələb etmək sadəlövlük ollmazmı?

Mühəndis B. 2019-03-30 14:34:13

Dövlət və onun məmurları demək olar ki, Sovetin sosial ənənəsindən tam imtina ediblər. Ümumxalq mülkiyyəti, təbii sərvətlər, Qarabag və ətraf rayonları da ümumxalq mülkiyyətindən çıxarılıb. Təhsil, Səhiyyə də özəlləşib sığorta sisteminə keçir. Dogrusu Siyasi(Qarabag) və ya İqtisadi(üstqurum) islahatları mükəmməl siyasi-texniki müzakirələr üzrə aparılmalı idi? Ölkədə belə bir referendum da keçirilib!

miri 2019-03-30 14:34:13

İnhisarçılıq, rüşvət və korrupsiya, hüquqi nihilizm, darmadağın olmuş mənəvi dəyərlər, məhv olmuş iqtisadiyyat, itirilmiş torpaqlar..... şəraitini yaradanlarla bir komandada olanların "islahat nağılları"na okeanın o tərəfində kiməsə inanmasina ümid etmək sadəcə xəyal ola bilər. Cunki istənilən siyasi yetkilinin "özün yarat, özün dağıt" oyununu islahat qəbul etməsi mümkünsüzdür. Kimlərin isə sadəcə mədəniyyət xatirinə yumşaq jest etməsi Qərb mədəniyyəti təzahürlərindəndir.

yengibar 2019-03-30 14:34:13

Asim Müəllim çox gözəl fikir səsləndirib, özü istefa verib zəbt etdiyi postlardan getsəydi daha gözəl bir əməlin sahibi olardı.Həm yaşı çoxdur, həm də əsl sovet "sborkasıdır".

Səməd Seyidova 2019-03-30 14:34:13

Bu deputatlar anlayırlarmı ki,Sovet ənənəsindən imtina Heydər Əliyev kursundan imtina deməkdir.Onlar buna hazırdırlarmı? İmtina edilməsinin n demək olduğunu anlayırlarmı?

t.ədalət 2019-03-30 14:34:13

Rusizm və sovetizmin ən bariz nümayəndəsi elə Elmar Məmmədyarovdur.Rus dilini hələ də Azərbaycan dilindən doğma hesab edən bu adamla islahatlara getmək mənasızdır və o Rusiyaya sadiqliyini heç vaxt unutmayacaq.

buzlaq 2019-03-30 14:34:13

Sual: Ey cənab Mollazdə Sizin məmurlarınız Sovet idiologiyasından əl çəkmir, buna Amerika neyləsin?? Amerika Ofşorlasrdakı pullarınıza əl qoymaq barədə bir quş buraxdı, hamınızın qarnına ağrı doldu ... O sözləri gəl burada Nazirklər Kabinetinin iclasında söylə!!!
P.S. Hamınız- bütün iqtidar-köhnə partnomenklaturanın uşaqlarısınız!! Belə olan halda Sizlər Sovetizmdən əl çəkə bilərsiniz?????????????

buzlaq 2019-03-30 14:34:13

Sual: Ey cənab Mollazdə Sizin məmurlarınız Sovet idiologiyasından əl çəkmir, buna Amerika neyləsin?? Amerika Ofşorlasrdakı pullarınıza əl qoymaq barədə bir quş buraxdı ot A do Я hamızın qarnına ağrı doldu və burada imitasiyay bşladınız. O sözləri gəl burada Nazirklər Kabinetinin iclasında söylə!!!
P.S. Hamınız- bütün iqtidar-köhnə partnomenklaturanın uşaqlarısınız!! Belə olan halda Sizlər Sovetizmdən əl çəkə bilərsiniz?????????????

vahid 2019-03-30 14:34:13

ən əvvəl məmurların oğurladıqları,taladıqları yüz miyardları hökumətimiz onlardan zorla almalı və onları cinayətə cəlb etməli ki bu quldurlaşmış məmurlar bir dəfəlik talana rüşvətə korrupsiyaya son qoysun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol