Menu

Avropa ilə Azərbaycanın vaxt fərqi 1 saat azaldı

31.03.2019, 10:55
Avropa ilə Azərbaycanın vaxt fərqi 1 saat azaldı

Ötən gecə Avropa ölkələrində saatların əqrəbləri 1 saat irəli çəkilməklə yay vaxtına keçid baş tutub.

Virtualaz.org xəbər verir ki, bununla da, bu gündən etibarən Bakı vaxtı ilə Mərkəzi Avropa vaxtı (CET) arasındakı fərq 2 saat təşkil edir. Britaniya ilə vaxt fərqi isə 4 saatdan 3 saata enib.

Qeyd edək ki, oktyabrın son bazar günü Avropa yenidən qış vaxtına keçəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol