Menu

İğdırda seçkini İsa Yaşar Tezel qazandı

01.04.2019, 04:35
İğdırda seçkini İsa Yaşar Tezel qazandı

Türkiyədə keçirilən bələdiyyə seçkilərində Azərbaycan üçün maraq doğuran İğdır vilayətində nəticələr artıq məlumdur.

İğdırda əslən azərbaycanlı olan Cumhur ittifaqının MHP-li namizədi İsa Yaşar Tezel 49,01 faiz səslə qalib gəlib. Onun HDP-li rəqibi 47,39 faiz səslə ikinci yerdə qərar tutub.

Gecə saatlarında nəticələrin dəyişdiyi, HDP-nin namizədinin önə çıxdığı haqda məlumatlar verilsə də, bunlar öz təsdiqini tapmayıb. Son məlumatlara görə MHP-li namizədi İsa Yaşar Tezel seçkinin qalibidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol