Menu

Azərbaycan nefti bahalaşır

04.04.2019, 00:03
Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 71,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,34 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,83 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,62 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol