Elinanın intiharı Azərbaycan ictimaiyyətinin diqqətini məktəblərdə olan problemlərə yönəldib. Problemlər isə həddən artıq çoxdur. Təhsilimizdəki ümumi problemlər məlumdur: şagirdlər həddən artıq çox yüklənir, dərsliklərin dili mürəkkəbdir, təlim-tərbiyə işləri aşağı səviyyədədir, psixoloji hazırlıq demək olar ki, aparılmır, rüşvət geniş yayılıb və sair. Bunlar azmış kimi ayrı-ayrı məktəblərdə rəhbərliyin yerində olmaması da müəyyən ciddi problemlərə yol açır. Bəzən nəinki məktəbə rəhbərlik etməyə, heç məktəbin qapısından belə içəri buraxılmağa layiq olmayanlar kiminsə "adamı" olduğu üçün direktor təyin edilir.
O da himayəçisinə arxayın olaraq məktəbdə "bazar" açır, özü kimi mənəvı cəhətdən "çürük" insanları ətrafına toplayaraq, həm həqiqi müəllimlər, həm də şagirdlər üçün dözülməz şərait yaradır. Bunun nəticəsi bütün hallarda faciəli olur. Razılaşaq ki, şagirdlərin normal bilik almaq, şəxsiyyət kimi yetişmək imkanlarının əlindən alınması onların gələcəyinin bəri başdan məhv edilməsidir...
"Təhsil Nazirliyinə müraciət etdim, maddi sübut istədilər..."

"AzPolitika.info"-nun məlumatına görə, belələrindən birinin - Leyla Ucal adlı gənc müəllimənin “Facebook”da paylaşdığı yazı çox ciddi müzakirə mövzusuna çevrilib. Gənc xanımın yazdıqları Təhsil Nazirliyini də "silkələyib" - müəlliməni nazirliyə dəvət edərək, özünün iştirakilə yazdıqlarını müzakirə ediblər...
Bəs Leyla xanım nə yazıb ki, belə geniş reaksiya doğurub? Mövzunun aktuallığını nəzərə alaraq, Leyla Ucalın yazısını təqdim edirik:
"2017-ci ildə 2 həftə (cəmi 10 dərs saatı) Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası, mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, "əlimdə maddi sübutun varmı?" (video və ya səs yazısı). Cavabım "yox" oldu. Mənə mədəni şəkildə qapını göstərdilər. Öz gözümlə gördüklərimi sizinlə paylaşacam...
"Direktor müavini mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər"
1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.

2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi...
3. Şagirdlərə ən yaxşı halda kitab yalnız 45 dəqiqə ərzində paylanılıb, dərs sonunda yığılırdı. Buna etiraz edəndə direktor müavini mənə dedi ki, "bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər". Halbuki, oxumaq istəyən uşaqlar var idi. Amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.
4. Sözdə məktəbin psixoloqu, əslində isə direktorun sürücüsü idi...
5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar isə, əslində direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.
6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs, tez-tez uşaqları dərsdən heç bir əsas olmadan fiziki iş görməyə aparırdı. Dərsdən çıxarıb aparırdı!
"Direktor müəllimləri yanına çağırıb tapşırıq verdi ki, bu qızı başa salın"
7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək, daha düzgün olar). Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı.
Səhərlər bütün işçilər direktorun hüzurundan keçib-ona və ailəsinə tərif və dualar yağdırıb, sonra öz otaqlarına gedirdi. Düz yol gedən bircə mən olduğuma görə məni yanına çağırıb, Qafqaz Universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi. Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta qırmızı diplomuma lağ belə elədi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki, "bu qızı başa salın". Müəllim kadrosu isə başıma toplanıb min cəhdlə məni imtina etməyə ikna etməyə çalışdı. Gətirdikləri tək səbəb vardı: "Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir" və s.
Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm...
"Uşaqlara ömürlərində fizika izah edilməmişdi"
8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı, bilmirəm. Uşaqlar da bilmirdi.
9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər. Uşaqlar sabun istəyəndə onlara köhnə şampun verən nəzarətçi dayıya "şampun day"ı ləqəbini taxmışdılar. "Şampun dayı" yayda rəhmətə getmişdi.
10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim, o stəkanda çay içə bilmədim.
11. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim mən orda olan müddətdə dərs keçmədi.
12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda...
"Dedi ki, hər ay direktor müavininə 50 manat ver"
13. Direktor məktəb məsələlərinə demək olar ki, qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm, yalan olmaz. 5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik axırıncı saata saldı ki, ordan çıxıb işə çata bilməyim (yolum 2 saat idi). Özünün dediyi kimi, təyyarə ilə uçsam da çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib, niyə belə elədiyini soruşdum. Mənə "bura Azərbaycandır", - dedi.
Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi razı ol, hər ay direktor müavininə 50 manat verməyə, dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın, hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə maaşımı alanda verməklə razılaşdıq. Beləliklə dərsimi 2 günə saldı.
Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayət etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb, salamımı da almadan dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim, içəri çağırmadı. Vaxtım yox idi deyə, durub işimə getdim.
5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi. Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun icra hakimi ilə çox yaxın olduğunu, "yuxarılar"da çoxlu dostlarının olduqlarını dedilər.
"Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib"

15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib! Təhsil Nazirliyinin vecinə də deyil...
16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz-qoş etməkdə köməkçisi) yetəri qədər savadlı deyildi. 9 sinifə dərs keçə bilməzdi, məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçıdan kömək istəyirdi.
17. İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn, kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə, heç bir qabı qırmadılar. Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər.
18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası, direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi təriflərlə boğdurmağı bacaranlar olurdu. Yəni ki, reklam xətrinə çəkilmiş rəsmlər, mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.
19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi - tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.
Ardı çoxdu, amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır...
Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim Təhsil Nazirliyinin yetirdiyi direktordu. Onlar üçün əsas olan maddi sübutdur. İnsan həyatı nədi, insanlıq nədir? Ümumiyyətlə lazımdır insanlıq bizə?
5 il Qafqaz Universitetində oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf..."
"Təhsil Nazirliyinə dəvət edilib və ..."

Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər.
Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".
Müəllimə Leyla Ucal "Facebook"da paylaşdığı yeni statusunda isə məhz Təhsil Nazirliyini ona təzyiq etməkdə günahlandırıb: "Müracətimi vaxtında araşdırmayan Təhsil Nazirliyi heç kimi vasitəçi salıb, məndən postumu silməyimi istəməsin. İşlədiyim tədris mərkəzləri mənə görə məsuliyyət daşımır. Onlarla məni hədələmək lazım deyil. Yüzlərlə uşağın taleyini heçə sayan qurum, necə olur ki, məsələ ictimailəşəndə bu qədər "əl-ayağa" düşür?...
AzPolitika.info

Şərhlər
Ay millət ayılın.Nə qədər biz susacayıq? İndi Azərbaycanda orta əsrlər dövrüdür.İndi biz dünya təhsilindən, elmindən və səhiyyəsindən 70 il geri qalmışıq.Bunu görməzliyə vuran insanların yaşamaq haqqı yoxdur.İndi ölkə dünyanın 1№-li təlxəkxanasına çevrilib.Bunu sirquç müəllimin timsalında əla görmək olur.Ay M.F.Axundov,M.Ə.Sabir, Mirzə Cəlil haradasınız? İndiki qədər sizlərə olan ehtiyacımız bir daha olmayacaq.
İndi söz sizindir "Təhsil Nazirliyi" Yəni o sözü deyəcək bu məllimə qədər cərati olan tapılacaqmı təhsil nazitrliyində. Lap bu Cəsarət bəy olsun. Yəni mən əslində Cəsarəti də qınamıram. Çünki, Cənab Prezident demişkən sistem köhnəlib. O sistem ki, Cəsarət kimilərini belə gerçəkləri söyləməkdən, müdafiə etməkdən çəkindirir. Bu yaxınlarda bir ibtidai sinif müəlliməsi də üsyan edirdi ki, indiki təhsil sistemi uşaqlarımızı psixoloji tərəfdən məhv edir.Haradasınız ay millət ay valideyinlər . Lütfən hər kəs fikir bildirsin. Prezident özü belə ictimai fikiri dinləməyə həmişə hazır olduğunu bildirir. Lütfən bildirin fikirlərinizi. Neçəki, cəmiyyət bu qaloşlardan təmizlənməyib, Prezidentin qarşıya qoymuş olduğu hədəflərə ulaşmaq çətin olcaq. Nəticə olmalıdır ki, Ona oxşarlar qorxunu peysərlərində hiss etsinlər.
Продолжение... Как прекрасно эта учительница высказалась о вульгарных и кровожадных взрослых нашего поколения и, вопросила нас о том, что Нужна ли нам вообще человечность?!
Поздравляю всех нас!-мы потихоньку превратились в моральных монстров.
Məktəblini məktəbə göndərən valideyindir günahkar.İndiki bəzi məktəb qızları .... eleə kapron ya da rütz geyinuirlər ki,kənardan baxan....Valideyin məyər bilmirmi ki,övladı orta məktəbə gedir və necə gedir?Bilir.Ancaq ciddi qərar qəbul etsə təlim-tərbiyə də yüksək olar.Bir də axi məktəbli hara mobil telefon hara.Bu gün metroda şahidi olmuşam,hardasa 5-ci sinfə gedən məktəbli əlində mobil telefonu qulağında da bahalı hauşniki.Sovet dövründə nə intihar vardı nə də əxlaqsızlıq.
Cemiyyetimizi ferdler tewkil edir. Leyla xanim da onun bir parcasidir, demek ki hele yaxwi gundeyik. Allah beterinden qorusun!
Halaldır sənə Leyla. Sənin kimi gənclərlə fəxr etməliyik.
Ölkənin idarə olunmadığına canlı sübutlardan biri də məktəblərdəki vəziyyətdir.Belə görünür ki, Elinanın intiharı olmasa idi nə təhsil Nazirliyininnə də digər orqanların adı çəkilməzdi. Dərə xəlbət.tülkü bəy davan edərdi.Ancaq bu sistemdə məsələ soyuduqdan sonra yenə əvvəlki hala qayıdılacaq.Çünki bunlarda kompleks iş görmək,köklü dəyişiklik etmək düçüncəsi və oğurluq, xaricə daşıma olan halda bu mümkün deyil!,
Məktəbə direktor seçki yolu ilə təyin olunmalıdır ? Yoxsa yuxarıda kimin adamı varsa onun adamını direktor təyin edirlər..
Xanım müəllimə özünü qoru, yaxşı kadrı indi ləkələməyə çalışırlar..... Sizi Allah qorusun deyirəm.
Cəmiyyətimiz hansı gündədirsə təhsil ocaqlarımız da o gündədir.
Əminəm ki,Leyla xanımın yazdıqları düzdür.Mən də dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişəm ki,178 saylı tam orta məktəbin həyətini zəbt edib pullu idman zalı tikiblər.Bütün günü orada pulla futbol oynayırlar. Məktəb şagirdləri isətənəffüslərdə həyət olmadığından koridorlarda bir-birini itələyə-itələyə zorla gəzişirlər.Heç Nazirlik məhəl belə qoymadıHətta Bakə Şəhər İcra hakimiyyəti də buna laqeyd qaldı.Çünki o idman zalı bir müğənniyə aiddir.Bax bizim gələcəyimizə qayğımız belədir,əziz oxucular.
Baxdım dünən gecə internata gedən media qruplarına..direktorun və yşaqların süni yalandan danışdıqı tam aydın görsənirdi.bunu görmək üçün dedektiv olmaqa ehtiyac yoxdur.indi hammı düşəcək yazıq müəllimənin üstünə ki bizdə hər şey zordu((
Ay millet and icirem Indiki usaqlari yalniz doymek laizmdir Siz nece nesil geldiyini ela bilirsiniz
Direktor deyir uşaqlarımız koservatoriyalara daxil olur.bizsə neçə konservatoriya var ki?????!!!!!
Ay xanim ozunu qoru! Bu yazidan sonra senin "torba"ni tikmek ucun pewekarlar plan cizmaga bawlayacaq,buna emin ol! Millet artiq her weyi gordu. Elinanin bawina gelenler gosterdi ki, esil vehwiler kimlerdir.
Məgər Təhsil nazirliyi bilmir ki,direktorlar yuxarı sinif şasgirdlərindən iki min manatdan-altı min manatadək illik pul alıb onları dərslərdən azad edirlər.Şagirdlərin adı məktəbdə gedir,özləri isə hazırlıq müəllimlərinin yanında olurlar.Bu cinayətin əsası Misir Mərdanovun vaxtında qoyulub.
Leyla Ucalı dəstəkləyirik, bütün bu yazılanlar doğrudan da dəhşətdir. Bütün bunlara nə vaxt son qoyulacaq?