«AzPolitik.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin müdafiə naziri Hülusi Akar xəbərdarlıq edib ki, Vaşinqtonun "S-400"-lə bağlı Türkiyəyə yönəlik hədələri ABŞ-Türkiyə münasibətlərinə neqativ təsir göstərir.
Onun sözlərinə görə, Rusiyadan "S-400" zenit-raket kompleksinin (ZRK) alınması Birləşmiş Ştatların sanksiyalarını doğurmamalıdır, nədən ki, Ankara ABŞ-ın düşməni deyil və NATO-ya sadiq qalır.
Xatırladaq ki, mümkün sanksiyalar barədə ABŞ-ın rəsmi şəxsləri ötən həftə xəbərdarlıq ediblər.


Şərhlər