Menu

Azərbaycanın dövlət büdcəsində 404 milyon manatlıq qalıq yaranıb

17.04.2019, 17:11
Azərbaycanın dövlət büdcəsində 404 milyon manatlıq qalıq yaranıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 439,7 milyon manat, xərcləri isə 5 035,9 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,2% və 14,2% çoxdur.

Son nəticədə büdcədə 403,8 milyon manatlıq qalıq yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol