Qaz və işıq limiti ləğv oluna bilər? - Nazirliyin İşçi Qrupu məsələyə baxacaq

Energetika naziri Pərviz Şahbazovun müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

Maraqlıdır, İşçi Qrup son vaxtlar əhalinin qaz və işıq limitlərilə bağlı narazılığına baxacaqmı?

Energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, İşçi Qrup daxil olan müraciətlərin nədən ibarət olmasını araşdırma üçün yaradılıb:

“Aprelin 18-də yaradılan İşçi Qrup tərəfindən təhlillər aparılacaq, şikayətlərin daha çox nədən ibarət olması müəyyənləşəcək”.

Z.Əliyeva “qaz və işıq limitlərilə bağlı şikayətlər araşdırıldıqdan sonra, məsələyə baxılacaqmı” sualına cavab olaraq “bu sadəcə vətəndaşları narahat edən məsələlərin həllini tapması üçündür”, - deyə bildirib.

Nazir müşaviri həmçinin qeyd edib ki, təhlil nəticələri yaxın günlərdə ətraflı şəkildə ictimaiyyətə açıqlanacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev Modern.az-a deyib ki, İşçi Qrup sırf qaz və işıq limitləri məsələsinə baxılması üçün yaradılmayıb.

"Burada vətəndaşlardan daxil olan şikayətlərin yerində araşdırılması və operativ cavablandırılması əsas meyardır”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də öz növbəsində İşçi Qrupun şikayətlərin araşdırılması və yerində baxılması üçün yaradıldığını qeyd edib.

635x100

Şərhlər

Oqtay 2019-04-19 14:57:47

Ləğv olunmasın diferinsial yanaşılsın nazirin deputatın 3-4 mərtəbəli villası saunası ayda 3-4 min kub qaz 1000-1200kb işıq yandırır indidə bizim adımızdan istifadə edib limiti ləğv etdirmək istəyirlər Bizə cəmisi ildə 3000-3500 kub qaz 400-450 kv enerji lazımdır.Bunlardan artıq lazım da deyil.Maaşı 1000-2000olanlar limitdən artıq qaz 1kub 50qəp əlektrik 40 qəpik versələr ədaləli olar.4-5 villası olan niyə mənim kimi pensioner qədər verməlidir Bizim adımızdan istifadə edib öz xeyrinə limiti ləğv etməsin.

keçici qırmızı bayraq 2019-04-19 14:57:47

Yapizmin əsasında millətə yaxşılıq söhbəti yoxdur!!Bir dəfə qalxan qiymətin dalına skipidar sürtürlər ki, o qiymət göylərə uçsun. "Mənim millətim dözümlü millətdir"!!!!!

Son yazılar