Menu

«İran nüvə sazişi barədə danışıqlara hazırdır bir şərtlə...» - Həsən Ruhani

25.04.2019, 16:12
«İran nüvə sazişi barədə danışıqlara hazırdır bir şərtlə...» - Həsən Ruhani

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları (ABŞ) İran qarşısında üzr istəsə, Tehran nüvə sazişinin dəyişdirilməsi barədə danışıqlara başlaya bilər. Bu barədə «Israelinfo» xəbər verib.

Lider əlavə edib ki, razılığa gəlmək olar - bu şərtlə ki, «təzyiq aradan götürülsün, qeyri-qanuni davranışa görə üzr istənilsin və qarşılıqlı hörmət bərpa olunsun».

Xatırladaq ki, ötən il ABŞ nüvə sazişindən çıxıb və anti-İran sanksiyaları tətbiq edib. Cari ilin aprelində isə Dövlət Departamenti İran neftinin alıcısı olan dövlətlərə yeni məhdudiyyətlər tətbiq edib. Sanki bu dövlətlər ABŞ-ın bir müstəmləkəsi imiş və Trampın onlar üzərində sərəncam vermək hüququ var.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol