Menu

«ABŞ hakimiyyəti yenidən təhdid dilinə keçib...» - Türkiyə XİN

27.04.2019, 15:36
«ABŞ hakimiyyəti yenidən təhdid dilinə keçib...» - Türkiyə XİN

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hami Aksoy aprelin 26-da bəyan edib ki, Birləşmiş Ştatlar (BŞ) anlamalıdır - Türkiyəyə yönəlik təhdid və təzyiqlər nəticə verməyəcək. O, Amerika Birləşmiş Şatlarının (ABŞ) vitse-prezidenti Maykl Pensin NATO ölkələri xarici işlər nazirlərinin cari ayın əvvəlində keçirilmiş iclsında səsləndirdiyi fikirləri şərh edərkən belə deyib.

«ABŞ hakimiyyəti yenidən təhdid dilinə keçib. Ancaq bundan əvvəl biz hamımız əmin olduq ki, belə hərəkətlərin mənası yoxdur. Ankara təzyiqlərə dözməyəcək. ABŞ-da son nəticədə anlamalıdırlar ki, Ankaranın ünvanına təhdidlər mənasızdır» - deyə, Aksoy «Anadolu» agentliyinə bəyan edib.

Onun sözlərinə görə, Türkiyə və ABŞ ikitərəfli münasibətlərdə yaranmış problemlərin həlli üçün dialoqu davam etdirirlər. «Biz, Türkiyənin milli təhlükəsizliyi məsələsində ABŞ-dan konkret addımlar gözləyirik. Bu, həm də Suriyadakı PKK qollarına, terrorçu təmayül olan Fətulla Gülən (FETÖ) məsələsinə aiddir» - deyə, Türkiyə XİN bildirib.

Bununla bərabər, Hami Aksoy Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və amerikalı konqresmenlərlə keçirdiyi görüşün nəticələri barədə «pozitiv bəyanatlar»ı xatırladıb.

«Tərəflər diqqəti əməkdaşlığın inkişafına cəmləyiblər, o cümlədən, ticarət və müdafiə sahəsində. Bu günə Türkiyə və ABŞ arasında əmtəə dövriyyəsi 20 milyard dollara yaxın təşkil edir. Bizim hədəfimmiz - bu göstəricini 75 milyarda çatdırmaqdan ibarətdir» - deyə, XİN nümayəndəsi bildirib.

Şərhlər

Said 2019-04-27 15:36:01

Sanksiyalar altında olanlarla yaxınlaşanda siz nə gözləyirdiniz??? S-400 - ləri unudun. Yoxsa,bədənini Türk qardaşlarımız ödəyəcək. Sizin "strateq"-ləriniz bunu anlamırlar???!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol